Şrift:
Avstriya Prezidentinin slovakiyalı həmkarı ilə görüşü COVID-19-a görə təxirə salınıb
24.06.2020 [14:08] - Xəbərlər, Siyasət
Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenin koronavirus pandemiyası başlayandan bəri ilk xarici səfəri təxirə salınıb.

Buna səbəb Slovakiya Prezident Administrasiyasında əməkdaşlar arasında COVID-19-a yoluxma şübhəsi olub. Avstriya mətbuatının verdiyi məlumata görə, bu səbəbdən Aleksander Van der Bellen və Slovakiya Prezidenti Zuzana Çaputova arasında görüş baş tutmayıb.

COVID-19 şübhəsi ilə əlaqədar Slovakiya dövlətinin başçısını bu həftənin cümə gününə kimi nəzərdə tutulan bütün görüş və tədbirləri təxirə salmalı, hər ehtimala qarşı karantin qaydalarına əməl etməli olub.
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed