Şrift:
Azərbaycanda koronavirusa daha 590 nəfər yoluxub, 265 nəfər sağalıb
24.06.2020 [22:12] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 590 yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 14 min 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib. Aktiv xəstə sayı 6363 nəfərdir.

Ötən müddət ərzində 441 min 961 test aparılıb. Bugünkü test sayı isə 9103-dür.
Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed