Şrift:
Cavid Rəhmanın İrandakı insan hüquqları ilə bağlı fəaliyyət müddəti daha 1 il uzadılıb
25.06.2020 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, iyunun 23-də keçirilən BMT-nin İnsan Hüquqları Şurasının iclasında qərar qəbul edilib.



İclasda keçirilən səsvermədə, BMT-nin İnsan Hüquqları Şurasına üzv 22 ölkə Cavid Rəhmanın tutduğu vəzifə müddətinin daha 1 il uzadılmasının lehinə, 8 ölkə əleyhinə səs verib, 15 ölkə də səsverməyə qatılmayıb. Bununla da, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi olan Cavid Rəhmanın vəzifə müddəti daha 1 il uzadılıb.


Cavid Rəhman, 2018-ci ilin iyul ayında BMT-nin İranda insan hüquqları üzrə keçmiş özəl nümayəndəsi Asimə Cahangirin vəfatının ardınca bu vəzifəyə təyin edilib.


Qeyd edək ki, bir həftə əvvəl insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən 38 qrup və təşkilat BMT-nin İnsan Hüquqları Şurasına birgə məktub yazaraq, Cavid Rəhmanın vəzifə müddətinin daha 1 il müddətinə uzadılmasını xahiş etmişdilər.


Həmin qrup və təşkilatlar yazdıqları məktubda İranda insan hüquqlarının kobud şəkildə pozulması hallarını, o cümlədən də jurnalistlərin, qadın hüquq müdafiəçilərinin və dini azlıqların repressiyalara məruz qalmasını vurğulayaraq, Cavid Rəhmanın tutduğu vəzifədə qalıb fəaliyyətini davam etdirməsini vacib saydıqlarını bildirmişdilər.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed