Şrift:
İran-Türkiyə sərhəddində atışma: 1 türk əsgər şəhid olub
25.06.2020 [11:24] - Xəbərlər, Hərb
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, İran tərəfindən türk hərbçilər atəşə tutulub. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.


Bəyanatda türk əsgərlərin İran sərhədçiləri və ya terror qruplaşmaları tərəfindən atəşə tutulması barədə açıqlama verilməyib.


Digər məlumatlarda hərbçiləri Hakkari vilayətində, İranla həmsərhəd bölgələrdə kəşfiyyat və monitorinq işləri apararkən qəfildən atəşə tutulduqları deyilir.


Qeyd etmək lazımdır ki, ötən həftə Türkiyə Silahlı Qüvvələri və "Sepah" eyni zamanda İraqın şimalında mənzillənən kürd terror qruplaşmalarına məxsus mövqeləri bombalamışdılar.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed