Şrift:
Azərbaycanın şimal-qərb rayonlarının qaz təchizatı dayandırılıb
28.10.2011 [11:56] - Gündəm
Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bölgə sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, bu gün saat 09:00 radələrində respublikanın şimal-qərb bölgəsinin rayonlarına (Şəki, Qax, Zaqatala və Balakən) təbii qazın verilməsi dayanıb.

Zaqatala Qaz İstismarı Sahəsində (QİS) APA-ya bölgəyə təbii qazın verilməsinin dayandırılması faktını təsdiqləyiblər. Bölgəyə təbii qazın verilməsində yaranan fasiləyə səbəb Şəki-Cəfərabad Qaz Paylayıcı Stansiyada Şəki orta təzyiqli qaz kəmərində daraldıcı qurğunun dəyişdirilməsi göstərilir. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin işçiləri təmir işlərinə başlayıb. Təmir işləri sona çatdıqdan sonra bölgəyə təbii qazın verilməsi bərpa olunacaq.
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed