Şrift:
İranda daha 134 nəfər koronavirusdan ölüb, 2595 nəfər xəstəliyə yoluxub
25.06.2020 [14:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, bu gün jurnalistlərlə görüşündə məlumat yayıb.


Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər pandemiya yoluxucu xəstəliyindən ölənlərin sayı 10 min 130 nəfərə, infeksiyaya yoluxanların sayı isə 215 min 96 nəfərə çatıb.


O həmçinin bildirib ki, indiyə qədər 175 min 103 xəstə koronavirusdan tam sağalaraq evə buraxılıb. Sözçünün bildirdiyinə görə, pandemiya xəstəliyinə yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2899 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 10130 nəfərə, yoluxanların sayının isə 215096 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 59000 nəfəri keçdiyini, 1 milyon 750 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed