Şrift:
Sabah bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək
25.06.2020 [14:30] - Gündəm, Bildiriş
Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24°, gündüz 25-28°, Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-34° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed