Şrift:
Azərbaycan və Türkiyə arasında COVID-19-a dair epidemioloji nəzarət məsələləri üzrə onlayn müzakirələr keçirilib
25.06.2020 [14:40] - Gündəm, Sağlıq
Türkiyə Cümhuriyyəti Səhiyyə nazirinin müavini Emine Alp Meşe və nazirliyin Elmi-Tibbi Şurası ilə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Viktor Qasımov və aidiyyatı mütəxəssislərin iştirakı ilə keçirilən videokonfransda hər iki ölkədə COVID-19 ilə əlaqədar mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəstəxanadaxili infeksiyaya nəzarətin təşkili, xəstə təmas zəncirinin təhlili və tətbiq edilməsi, simptomsuz xəstələr üzərində epidemioloji nəzarət və COVID-19 virusu üçün innovativ müayinə metodları kimi mövzulara da diqqət yetirilib.

Hər iki ölkə nümayəndələri COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed