Şrift:
Zərdabın iki kəndində tibb məntəqəsi üçün yeni binalar istifadəyə verilib
26.06.2020 [09:53] - Gündəm, Sağlıq
Zərdab rayonunun iki kənd yaşayış məntəqəsində -1597 nəfər əhalisi olan Məlikumudlu və 1436 nəfərin yaşadığı İsaqbağıda tibb məntəqələri üçün yeni binalar istifadəyə verilib.

2019-cu ilin dekabrında inşasına başlanan hər iki bina Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində tikilib. Layihə Yaponiya hökumətinin dəstəyi ilə Konstitusiya Araşdırmaları Fondu tərəfindən icra olunub. Sakinlər tibb məntəqələri üçün yeni binaları Yaponiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi dəyərləndirirlər.
Bu xəbər oxucular tərəfindən 179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed