Şrift:
Şahmatçı qadınlar arasında Qran-Pri turnirinin birinci mərhələsi davam edir
26.06.2020 [09:54] - Gündəm, İdman
İyunun 25-də Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan “Women's Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin dörddəbir final yarışları keçirilib.

Dörddəbir finalda qələbə qazanan Anna Uşenina (Ukrayna), Aleksandra Kostenyuk, Valentina Qunina (Rusiya), Vayşali Rameşbabu (Hindistan) yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə dörddəbir finala vəsiqə qazana bilməyib.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed