Şrift:
Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 383 nəfərə çatıb
26.06.2020 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 248 nəfərinin koronavirus testi pozitiv çıxıb.





“İnfeksiyaya yoluxanlardan 140 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 46 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə əlavə edib.

Ağazadə həmçinin bildirib ki, son 24 saatda daha 9 nəfər koronavirusdan dünyasını dəyişib. Beləcə də Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının ümumi sayı 383 nəfərə çatıb.





Zəncan əyalətində isə son 24 saatda daha 25 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1460 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 163 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1204 nəfərinin tam sağaldığını bildirib.

O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 357 nəfər Zəncan xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Həmədan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed