Şrift:
Kirman əyalətində daha 6 ölüm halı ilə koronavirusdan həyatını itirənlərin sayı 131 nəfərə çatıb
26.06.2020 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Kirman Tibb Universitetinin sözçüsü Mehdi Şəfiyi iyunun 25-də mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, Kirman əyalətində son bir gün ərzində daha 50 nəfər koronavirusa yoluxub: “Həmin xəstələr Kirman əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında yerləşdirilib. Hazırda isə əyalət xəstəxanalarında pandemiya xəstəliyinə tutulan 155 nəfər müalicəsini davam etdirilir.


Həmçinin Kirmanda bu günə qədər 1387 nəfər infeksiyaya yoluxma səbəbi ilə xəstəxanalarda müalicə alıb və təəssüflər olsun ki, onlardan 6-sı son bir sutkada həyatını itirib. Bununla da indiyə qədər Kirman əyalətində koronavirusdan ölənlərin sayı 131 nəfərə yüksəlib” -deyə, Kirman Tibb Universitetinin sözçüsü Mehdi Şəfiyi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed