Şrift:
Azərbaycan-Türkiyə müdafiə sənayesi üzrə İşçi qruplarının görüşü keçiriləcək
24.10.2012 [13:33] - Gündəm, Hərb
Dekabr ayında Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə İşçi qruplarının görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
İşçi Qrupunun toplantısında iki ölkə arasında müdafiə sənayesində mövcud layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Bununla bağlı təkliflər Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasında tərəflərin nümayəndə heyətlərinə təqdim ediləcək.
Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə ilə müdafiə sənayesində müxtəlif silah, optik və görüş sistemlərinin, mühəndis-istehkam vasitələrinin birgə istehsalı, təmiri kimi sahələrdə birgə layihələr həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed