Şrift:
Beynəlxalq Olimpiya Komitəsi Tokio Olimpiadasının sadələşdirilməsi planını müzakirəyə çıxarıb
26.06.2020 [14:29] - Xəbərlər, İdman
Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronovirus pandemiyası ilə əlaqədar təqribən bir il sonraya təxirə salınmış Tokio Olimpiya və Paralimpiya Oyunlarının sadələşdirilməsi planını müzakirəyə təqdim edib.

Həmin plan BOK ilə Tokio Oyunlarının təşkilat komitəsi arasında yarışların təşkili ilə bağlı xərclərin azaldılması və virusun yayılmasının qarşısının alınması barədə əldə edilmiş razılığa əsasən hazırlanıb.

Plana əsasən idman meydançalarından istifadə müddətinin azaldılması, tamaşaçılar və yarışlarla bağlı heyət üçün nəzərdə tutulan yerlərin sayının azaldılması təklif olunur. Həmçinin yarış yerlərinin daxili və xarici görünüşünün tərtibatı ilə bağlı xərclərin azaldılması və mükafatlandırma mərasimlərinin sadələşdirilməsi də təklif edilir.

Bundan sonra hər bir beynəlxalq federasiya bu təklifləri müzakirə edərək öz rəylərini bildirəcəklər. Həmin rəylər işçi qruplarda müzakirəyə çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed