Şrift:
Fərəc Quliyevin Ordu Günü münasibətilə xalqa təbriki
26.06.2020 [17:46] - Xəbərlər, Siyasət, MDHP Rəhbərliyi, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev “26 İyun - Silahlı Qüvvələr Günü” münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür. Kimin hansı məqsədlə necə dəyərləndirməsindən asılı olmayaraq, Azərbaycan ordusu şanlı tarixə sahibdir. 1918-ci ilin 26 iyun tarixində yaranmağa başlayan ordumuz hələ formalaşma dönəmində tamamən işğalda olan vətən torpaqlarını hərb yolu ilə işğaldan azad edə bilmişdi. Həm də 2 ay 18 günə Bakıya qədər torpaqları azad edən ordumuzun Qafqaz İslam Ordusunun 1700 nəfərlik heyyəti ilə birlikdə İngiltərə və Rusiya orduları, eləcə erməni silahlı birləşmələrinin cəmləşdiyi bu şəhəri 1 günə azad edə bilməsi bir şərəf səlnaməsidir.
Sovet imperiyası dağılandan sonra yenidən bərpa prosesi yenə də qanlı döyüşlər içərisində formalaşan ordumuzun qeyri-bərabər döyüşlərdə sərgilədiyi şücaətləri danmaq mümkün deyil ki, formalaşmaqda olan ordumuz böyük bir imperiya ilə müharibə içərisində idi.
Bütün bunlar isə təbii olaraq millətin genetik kodları ilə bağlıdı. İngilis mənşəlli bir NATO generalının “Türklər anlamırlar ki, döyüşdə ya qalib olursan, ya da məğlub. Onlar hesab edirlər ki, döyüşdə ya qalib olarlar, ya da ölərlər” ifadəsi artıq türk ordusunu ən gözəl xarakterizə edən məsələ çevrilib. Təsadüfən deyildi ki, tarix boyu Türk dilinə hərb dili deyiblər. Heç Türk ordusunun Tanrının qırmancı adlandırılması da təsadüfü ifadə deyil. Əsgərimizin şanı onun qüruru və fədakarlığı ilə yanaşı həm də rəhmi və ədaləti ilə bağlıdı. Ona görə də biz hər zaman öz əsgərimizlə qürur duymuşuq. Ordumuzun dünyanın ən qüdrətli ordusu olması iddiasında olmuşuq. Bütün Türk xalqlarında olduğu kimi, bizim də ordumuzun dünyanı lərzəyə salan tarixi o qədər də uzaq deyil. Avşar ordusu öz dönəmində dünyanın ən qüdrətli ordusu idi ki, bu bizim ordu idi. Heç şübhəsiz ki, biz yenə bunu bacara bilərik. Necə ki, müharibə şəraitində qurduğumuz ordu qısa zamanda güclülər sıradında yer aldı və regonun ən güclü ordusuna çevrildi. Bu nəaliyyət xalqla yanaşı Ali baş komandanın uğurlu ordu quruculuğu siyasətinin göstəricidir.
Bu səbəbdən də şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyasının üzvləri adından ilk növbədə Ali baş komandanı və bütün hərbiçilərimizi “26 İyun - Silahlı Qüvvələr Günü” münasibəti ilə təbrik edir, əskərimizə xalqa qələbə sevincini yaşatmağı arzulayırıq. Əslində isə məsəl var ki, Tütk anadan əskər doğulur, hər birimiz əskər olduğumuz üçün dünyanın ən qüdrətli ordusuna sahib olacağımız iddiası ilə bütün xalqı bu bayram münasibətilə təbrik edirik!”
Bu xəbər oxucular tərəfindən 1385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed