Şrift:
İsmayıllıda 100 min tondan çox taxıl tədarükü gözlənilir
27.06.2020 [11:47] - Xəbərlər, İqtisadiyyat
İsmayıllı rayonunda taxıl biçini davam edir və bölgənin cənub ərazilərində, o cümlədən Gəraybəyli, Kürdmaşı, Aşıqbayramlı və Zərnavada biçin başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda bütün qüvvələr mühüm strateji məhsul olan taxılın vaxtında və itkisiz yığılmasına səfərbər edilib. İndi hər gün zəmilərə 50-dək kombayn çıxarılır və 700-800 hektar sahə biçilir.

Qeyd edək ki, cari mövsümdə rayonda 30140 hektar sahədə taxıl yetişdirilib. Artıq 9220 hektar sahənin məhsulu yığılıb. Hələlik hər hektardan orta məhsuldarlıq 33,4 sentnerdir. Taxıl istehsalının 100 min tondan çox olacağı gözlənilir.

Rayonda biçin kampaniyasının iyulun 15-dək başa çatdırılması üçün ciddi səy göstərilir.
Bu xəbər oxucular tərəfindən 148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed