Şrift:
Sabirabadda doqquz məcburi köçkün ailəsi 800 kiloqrama yaxın barama istehsal edib
27.06.2020 [11:55] - Xəbərlər, İqtisadiyyat
Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə üçüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkəmizdə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzaladığı sərəncamlar uzun illər bu sahədə zəngin təcrübəsi olan zəngilanlı ipəkçilərin də ürəyincə olub.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Möhübbət Səmədov bildirib ki, artıq qəsəbədə yaşayan baramaçılar bəslədikləri ipəkqurdu toxumundan əldə etdikləri məhsulun tədarükünü başa çatdırıblar. Baramaçılar ipəkqurduna nümunəvi qulluq etdiklərindən məhsul da çox olub. Kümçülər tədarük məntəqəsinə 795,5 kiloqram barama təhvil verərək məhsul tədarükünü başa çatdırıblar.

Qəsəbə sakini Sadiq Həsənov Zəngilan rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olunana qədər barama istehsalı ilə məşğul olub və bu sahədə yaxşı təcrübəsi var. “Uzun illərdən sonra bu il 3,5 qutu ipəkqurdu toxumu götürüb ailə üzvlərimlə birlikdə bəslədik və 158 kiloqram məhsul əldə etdik. Hesablamama görə məhsulun dəyəri 1400 manatdan çox olacaq. 40-45 gün ərzində bu qədər qazanc götürmək çox sərfəlidir”, - deyə kümçü bildirib.
Bu xəbər oxucular tərəfindən 261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed