Şrift:
Silahlı Qüvvələr Günü münasibətilə hakimlərlə vəkillər arasında şahmat yarışı keçirilib
27.06.2020 [12:29] - Xəbərlər, Hərb
Vəkillər Kollegiyası və Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının birgə təşəbbüsü ilə ilk dəfə olaraq hakimlər və vəkillər arasında şahmat üzrə dostluq yarışı keçirilib.

Vəkillər Kollegiyasından bildiriblər ki, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş yarış onlayn formada təşkil olunub. Gərgin mübarizə və yaradıcılıq ruhunda keçən görüş vəkillərdən ibarət komandanın qələbəsi ilə yekunlaşıb.

Ölkəmizin hüquq ictimaiyyətinin həmrəyliyi, qarşılıqlı səmərəli əməkdaşlığının bariz nümunəsi kimi, bu yoldaşlıq görüşü həm də şahmat kimi intellektual oyuna olan Azərbaycan hüquq peşəsi təmsilçilərinin maraq və bacarığının göstəricisidir.

Hakimlərdən ibarət yığma komanda Abiddin Hüseynov, Bəxtiyar Məmmədov, Elbəy Abdullayev, Elnur Həsənov, İlqar Dəmirov, İlqar Xələfov, Rəfail Eyvazov, Teyyub Muxtarovdan ibarət olub. Vəkillərdən ibarət yığma komandada isə Aydın Ələkbərov, Camal Əliyev, Elşən Səfərov, Əkrəm Həsənov, Əziz Eminov, Sənan Süleymanlı, Siracəddin Kərimov, Vüqar Kərimov mübarizə aparıblar.

Qarşılaşmalar vəkil Tahir Əliyev tərəfindən şərh edilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Azerbaijan Attorneys in Chess” şahmat komandası Paris və Odessa vəkillər kollegiyaları üzərində qələbələr qazanmış, dünyanın bu sahədə vəkillərdən ibarət aparıcı və güclü heyətlərindən biridir.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed