Şrift:
Qaxda sərnişindaşıma ilə məşğul olan sürücülərlə profilaktik söhbətlər aparılıb
27.06.2020 [12:34] - Gündəm, Sosial
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar sosial izolyasiya qaydalarına riayət olunması məqsədilə tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yol polisi əməkdaşları sərnişindaşıma ilə məşğul olan avtobus, taksi və digər nəqliyyat vasitələrində sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparıb, onları karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.

Vətəndaşlarla söhbət zamanı tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Bu xəbər oxucular tərəfindən 162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed