Şrift:
İtaliyada sərnişindaşımada yeni qaydalar qüvvəyə minib
27.06.2020 [12:36] - Xəbərlər, İqtisadiyyat
İyunun 27-dən İtaliyada hava nəqliyyatı üzrə sərnişindaşımada yeni qaydalar tətbiq olunacaq.

Təyyarə bortundakı sərnişin sayına məhdudiyyət qoyulmasa da, aeroporta girişdə və minik zamanı ciddi qaydalar tətbiq olunacaq. Belə ki, hər iki mərhələdə sərnişinin qızdırması ölçüləcək, əgər temperatur 37,5-dən yuxarı olarsa sərnişin aeroport ərazisinə buraxılmayacaq. Bundan əlavə, sərnişin son iki həftədə COVID-19 simptomları olan xəstə ilə ünsiyyətdə olmaması barədə yazılı arayış təqdim etməlidir. Habelə son 8 gün ərzində özündə səhhəti ilə bağlı hər hansı şübhəli vəziyyət müşahidə edibsə, bu barədə aviaşirkətə məlumat verməlidir.

Təyyarə bortuna əl baqajı götürmək də qadağan olunub. Sərnişin özü ilə təyyarəyə yalnız qadın və ya kişi əl çantası apara bilər. Digər çantalar baqaja təhvil verilməlidir.
Bu xəbər oxucular tərəfindən 224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed