Şrift:
Kiyev vilayətində karantin rejimi yenidən sərtləşdirilib
27.06.2020 [12:51] - Xəbərlər, Sosial
Kiyev vilayətində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi yenidən sərtləşdirilib.

İyunun 27-dən qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qadağan edilib və nəzarət tədbirləri gücləndirilib. Qərara əsasən 10 nəfərə qədər insan sanitar qaydalara əməl edərək tədbir keçirə bilər. İctimai nəqliyyata, bazarlara və ticarət mərkəzlərinə, uşaq bağçalarına nəzarət gücləndirilib.

Qeyd edək ki, son sutkada Ukraynada 948 nəfər koronavirusa yoluxub. Ümumilikdə bu infeksiyaya yoluxanların sayı 42 min 65 nəfərdir. Bu xəstəlikdən isə 1086 nəfər ölüb.

Epidemioloji vəziyyət pisləşdiyindən artıq Ukraynanın bəzi vilayətlərində yenidən sərt karantin rejiminə keçilib.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed