Şrift:
İranda son 24 saat ərzində daha 125 ölüm halı ilə koronavirusdan vəfat edənlərin ümumi sayı 10362 nəfərə yüksəlib.
27.06.2020 [14:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari son 1 sutka ərzində 2456 nəfərin Covid-19 infeksiyasına yoluxduğunu deyib.


Onun sözlərinə görə, bununla da ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 220 180 nəfərə çatıb. Bu günə qədər 180 661 nəfər isə sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, hazırda xəstələrdən 2928 nəfərinin vəziyyəti ağırdır və onlar intensiv terapiya şöbələrində öz müalicələrini davam etdirirlər.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed