Şrift:
Son sutkada Pakistanda 73 nəfər koronavirusdan dünyasını dəyişib
28.06.2020 [11:44] - Gündəm, Sosial
Son sutkada Pakistanda 73 xəstə koronavirusdan dünyasını dəyişib və ölənlərin sayı 4 min 35 nəfər olub.

Pakistan mətbuatı xəbər verir ki, son gündə ölkədə 3 min 138 nəfər virusa yoluxub və yoluxanların ümumi sayı 195 min 745 nəfərə çatıb.

Qeyd olunur ki, 24 saat ərzində 2 min 738 xəstə sağalıb və onların sayı 86 min 906 nəfər olub. Xəstəxanalarda 107 min 942 pasiyent var, 2 min 729 xəstənin vəziyyəti ağırdır.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed