Şrift:
“Aşıq gözəlləmələri” şeir antologiyası nəşr edilib
28.06.2020 [11:47] - Gündəm, Mədəniyyət
Azərbaycan Aşıqlar Birliyi “Aşıq gözəlləmələri” şeir antologiyasını nəşr etdirib

Antologiya Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlı tərəfindən hazırlanıb. Topluda ozan-aşıq poeziyasının mühüm qolunu təşkil edən gözəlləmələr geniş oxucu auditoriyasına təqdim olunur. Dədə Qorquddan üzü bəri gələn ustad sənətkarlarımızın yaradıcılığındakı çeşidli gözəlləmə örnəkləri toplanaraq bir araya gətirilib. Bu nümunələr gözəlləmə havaları üstündə oxunan ulularımızın gözəllik təsəvvürlərini, əxlaq və mənəviyyat zənginliyini, saz-söz sinəsində daşınıb gələn bədii-estetik dəyərləri aydınlaşdırmaq baxımından mükəmməl poetik sərvətdir.

Kitabda ustad aşıqların yaratdığı gözəlləmələrlə yanaşı, dastanlardan, el şairlərinin yaradıcılığından seçilmiş poetik örnəklərinə də yer verilib. Üç bölümdən ibarət antoloji nəşrin “Ozan-aşıq gözəlləmələri”, “Dastan gözəlləmələri” və “El şairlərinin gözəlləmələri” şəklində düzümlənməsində əsas məqsəd tarixi mənzərənin daha aydın görünməsidir.

Antalogiya geniş oxucu kütləsi ilə bərabər, aşıq ifaçılığı ilə məşğul olan sənət adamları üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed