Şrift:
Meşkinşəhrin meşə parkında 3 gəncin cəsədi tapılıb
28.06.2020 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Meşkinşəhrin inqilab prokuroru Əli Rzayi bu gün mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, hər 3 gəncin meyiti iyunun 26-da çaydan çıxarılaraq, ölüm səbəblərinin müəyyən edilməsi üçün Meşkinşəhrin tibbi ekspertiza mərkəzinə aparılıb: “Su cəsədləri 100-200 metrə qədər özü ilə aparıb və sonunda hər üç gəncin cəsədi hüquq-mühafizə qüvvələri ilə yerli əhalinin köməyi ilə sudan çıxarılıb.


Həmin şəxslərin ölüm səbəbi hələlik bəlli deyil və məsələ araşdırıldıqdan sonra nəticə mediaya işıqlandırılacaq” -deyə, Meşkinşəhrin inqilab prokuroru Əli Rzayi bildirib.


Meşkinşəhr prokuroru, meyitləri tapılan gənclərin adlarını açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed