Şrift:
"Kətaibul-Hizbullah" üzvləri İraqın anti-terror əməliyyatı çərçivəsində tutulublar
28.06.2020 [12:06] - Gündəm, Siyasət
Bəyanatda bildirilir ki, təhlükəsizlik qüvvələri planlaşdırılmış terror aktının qarşısını vaxtında almaq üçün bu əməliyyatı həyata keçiriblər. Tutulan 13 nəfər "Kətaibul-Hizbullah" və "Həşdəş-Şəbi" qruplaşmalarının üzvləridir.


Xəbərdə qeyd edilir ki, onlara Bağdadın Yaşıl Zonasına qarşı həyata keçirilmiş əvvəlki hücumlarda əli olan şəxslərə dair dəqiq məlumat daxil olduqdan sonra aparılmış araşdırmalar həmin fərdlərin yeni terror hücumuna hazırlaşdıqları məlum olub.


Müştərək Əməliyyat Komandanlığı həmçinin bəyan edib ki, terror hücumunda təqsirləndirilən qruplaşma üzvlərinin saxlanmasına dair məhkəmə orqanlarının göstəriş verməsindən sonra keçirilmiş əməliyyat zamanı onlara məxsus iki raket buraxma qurğusu da aşkar edilərək müsadirə edilib.


İranın "İrna" və "Sepah" terror təşkilatına yaxın "Fars" agentlikləri saxlanılanların cümə günü səhər saatlarında azadlığa buraxıldıqlarını iddia edirlər. Lakin İraqın Müştərək Əməliyyat Komandanlığının bəyanatında tutulmuş şəxslərin məhkəmə keçirilənə qədər təhlükəsizlik orqanlarının təcridxanalarında saxlanılacaqları deyilir.


Digər tərəfdən, əməliyyat keçirilən zaman "Reuters" agentliyi həbs edilən şəxslər arasında 1 iranlı komandanın olduğu barədə xəbər yaymışdı. Hələ ki, nə İraq, nə də İran rəsmiləri bu məsələyə aydınlıq gətirməyiblə
Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed