Şrift:
“Quran”ı yandıran amerikalı din xadimi prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb
28.10.2011 [11:59] - Gündəm
Bu ilin martında müqəddəs “Quran”ı nümayişkaranə şəkildə yandıran amerikalı yevangelist din xadimi Terri Cons ABŞ prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb. T. Cons Florida ştatının Ceksonvill şəhərində fəaliyyət göstərən WOKV radiosuna müsahibəsində deyib ki, mühafizəkar dəyərlərə inanan bir şəxs olaraq Respublikaçılar Partiyasının namizədlərinə güvənmir. O, seçkiqabağı proqramına dövlət xərclərinin azaldılması, ABŞ ərazisindəki bütün qeyri-leqal miqrantların deportasiyası, eləcə də ölkə xaricindəki əməliyyatlarda iştirak edən Amerika əsgərlərinin vətənə çağırılması kimi müddəalar daxil edəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed