Şrift:
İranda daha 144 nəfər koronavirusdan ölüb, 2489 nəfər isə “Covid-19” infeksiyasına yoluxub
28.06.2020 [16:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, iyunun 28-də jurnalistlərlə görüşündə məlumat yayıb.


Sima Sadat Larinin dediyinə görə, bununla İranda bu günə qədər pandemiya yoluxucu xəstəliyindən ölənlərin ümumi sayı 10 min 508 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 222 min 669 nəfərə çatıb.


Sözçünün bildirdiyinə görə, pandemiya xəstəliyindən sağalıb evə buraxılanların sayı da artaraq, 183 min 310 nəfərə yüksəlib. Sadat Lari sonda qeyd edib ki, virusa yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 2946 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 10508 nəfərə, yoluxanların sayının isə 222669 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 62 000 nəfəri keçdiyini, 2 milyon nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed