Şrift:
Fişer şahmatı üzrə “Cənub mirvarisi” blits turnirinin qalibləri müəyyənləşib
29.06.2020 [09:25] - Gündəm, İdman
Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə iyunun 28-də Fişer şahmatı üzrə onlayn blits turnir keçirilib. Turnirdə Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Samux və digər regionlardan şahmatçılar mübarizə aparıblar.

“Cənub mirvarisi” open blits turnirinin qalibi 9 turdan 8 xal toplayan Lənkəran şahmat məktəbinin yetirməsi, hazırda isə Türkiyədə yaşayan Elnur Əliyev olub. İkinci və üçüncü yerləri 7 xalla Gülsənəm Ağayeva (Lənkəran) və Aytac Məmmədova (Samux) tutublar.

Yarış “Chess.com” onlayn platforması vasitəsilə təşkil olunub.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed