Şrift:
Yaponiyada koronavirusla əlaqədar mütəxəssislərdən ibarət yeni qrup yaradılır
29.06.2020 [09:30] - Gündəm, Sağlıq
Yaponiya hökuməti COVID-19 koronavirus pandemiyası ilə əlaqədar tədbirlərin səmərəliliyini artırmaq üçün mütəxəssislərdən ibarət yeni qrup yaradır. Həmin qrupun iyulun 1-də ilk görüşünü keçirəcəyi gözlənilir.

Yaponiya KİV-ləri xəbər verir ki, son günlər bu ölkədə koronavirusa yoluxanların gündəlik ümumi sayı 100 nəfəri ötüb.

Tokio paytaxt hökumətinin bildirdiyinə görə, ötən bazar günü koronavirusa yoluxma ilə əlaqədar 60 nəfər qeydə alınıb. Bu, bütün ölkə üzrə təsdiq olunmuş 113 nəfərin demək olar ki, yarısını təşkil edir.

Həmin gün kütləvi-informasiya vasitələrinin nümayəndələri ilə görüşən İqtisadi Bərpa naziri Yasutoşi Nişimura qeyd edib ki, indiki vəziyyətdə təkrar fövqəladə vəziyyət rejiminin elan olunmasına ehtiyac yoxdur. Çünki ölkənin mövcud səhiyyə sistemi bütün koronavirusa yoluxan xəstələri hazırda qəbul etmək iqtidarındadır.

Nazir, həmçinin bildirib ki, hazırda hökumət əsasən qrup halında yoluxmaları aşkar etməyə çalışır.

Bununla yanaşı, yeni təşkil edilmiş mütəxəssislər qrupunun nazirliyin təqdim etdiyi məlumatları “Fugaku” super kompüterindən və süni intellektdən istifadə edərək təhlil edəcəyi gözlənilir. Bunun virusa qarşı tədbirlərin hazırlanmasına müsbət təsir edəcəyi də bildirilir.
Bu xəbər oxucular tərəfindən 143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed