Şrift:
Muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə onlayn seminar təşkil edilib
29.06.2020 [10:56] - Gündəm, Hüquq
Muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə “Məhkəmə statistikası” mövzusunda onlayn seminar təşkil olunub.

Nazirliyin təşkilatçılığı ilə keçirilən seminarda qurumun Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər yarımildə bir dəfədən az olmayaraq məhkəmələr tərəfindən statistik hesabatların tərtib edildiyini bildirib.

Qeyd olunub ki, mövcud sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda nazirlik tərəfindən bu sahədə seminarlar təşkil olunur. Məhkəmə statistikası hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Seminarda 2020-ci ilin birinci yarımilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə keçirilən onlayn seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları barədə ətraflı məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed