Şrift:
Yaponiya iqtisadiyyatı təxirə salınmış tədbirlərə görə 28 milyard dollardan çox itirəcək
29.06.2020 [11:07] - Xəbərlər, İqtisadiyyat
Cari ildə koronavirus pandemiyasına görə ləğv olunmuş və ya daha uzun müddətə təxirə salınan tədbirlər səbəbindən Yaponiya iqtisadiyyatı 28 milyard dollardan çox zərər görəcək.

Bu barədə hökumətlə birlikdə çalışan Yaponiya İnkişaf Bankının mart, aprel və may ayları üzrə dərc etdiyi hesabatda bildirilir.

Bankın hesablamalarına görə, 1116 ləğv olunmuş və ya təxirə salınan yerli festival nəticəsində 16 milyard dollar zərər dəyəcək. Həmçinin 12705 canlı musiqi konsertindən və teatr tamaşasından dəyən zərər 8,4 milyard dollar təşkil edəcək. Ləğv olunmuş və ya təxirə salınan peşəkar beysbol, futbol oyunları və digər idman tədbirləri isə təqribən 2,5 milyard dollar ziyan vuracaq.

Bununla yanaşı, banka görə, təxirə salınmış beynəlxalq konfranslar və sərgilər nəticəsində dəyən zərər təqribən 28,2 milyard dollar təşkil edəcək.

Eyni zamanda, əsas tədbirlərin iyul və avqustda keçirildiyini xatırladan bank, onların ləğvi və təxirə salınması nəticəsində dəyəcək zərərin dəfələrlə arta biləcəyini də qeyd edib.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed