Şrift:
İranda prezident seçkiləri haqqında qanuna dəyişikliklər edilib
27.10.2012 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda prezident seçkiləri haqqında qanuna dəyişikliklər edilib.Bu barədə "Fars" agentliyi xəbər verib.

Parlament Şurasının rəhbəri Həmid Xocəstinin sözlərinə görə, həmin dəyişikliklər paralament tərəfindən təsdiqlənib.

Dəyişiklilərə uyğun olaraq, ölkə pezidenti postuna namizədin yaşı 45-dən az, 75-dən çox olmamalı, ən azı magistr dərəcəsinə malik olmalı, yaxud bu dərəcə ənənəvi ali İslam məktəblərinin dərəcəsinə ekvivalent olmalıdır.

Xocəstinin sözlərinə görə, deputatlar bu dəyişiklərin müzakirəsinə 100 saata yaxın vaxt itiriblər. Qəbul edilən dəyişikliklər İİR-in Konstitusiyasının 31, 33 və 35-ci maddələrinə daxil edilib.

33-cü maddəyə uyğun olaraq, Seçkilər üzrə Mərkəzi İcraiyyə Şurası seçkilərə hazırlıqda və seçkilərin keçirilməsində iştirak edən 30 din və siyasi xadim tərəfindən idarə olunacaq və seçkilərə nəzarət edəcək.

"Seçkilər üzrə Mərkəzi İcraiyyə Şurası seçkilərin monitorinqini aparmayacaq, lakin seçkilərin planlaşdırılmasına və təşkilinə cavabdeh olacaq", - Hocəsti deyib və Şuranın seçkilərə 3 ay qalmış yaradılmalı olduğunu əlavə edib.

İranda növbəti prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək. Seçicilər bu postda Mahmud Əhmədinejadı əvəz edəcək ölkənin yeddinci prezidentini seçəcəklər.

Seçkilərə buraxılmaq üçün prezident postuna iddiaçının namizədliyini əvvəlcə 25 ekspertin bəyənməsi vacibdur. Onlar namizədin dindar müsəlman olduğunu təsdiq edəcəklər. Həmçinin, parlamentin 100 üzvü onun siyasi sahədə əhəmiyyətini təsdiqləməlidir.
Bu xəbər oxucular tərəfindən 1110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed