Şrift:
Pakistanda terrorçuların fond birjasına hücumu zamanı ölənlərin sayı yeddiyə çatıb
29.06.2020 [14:17] - Gündəm, Hərb
Pakistanın Kəraçi şəhərində dörd terrorçunun fond birjasına hücumu zamanı ölənlərin sayı yeddiyə çatıb. Hadisə nəticəsində iki nəfər də xəsarət alıb. Terrorçuların hamısı məhv edilib.

Pakistan mətbuatı xəbər verir ki, ölənlərin dördü mühafizə xidmətinin əməkdaşı, biri polis zabiti, ikisi isə birjanın müştərisi olublar.

Birjanın binasının girişində qumbara partlatdıqdan sonra içəriyə daxil olan terrorçular “AK-47” markalı avtomat silahlardan ətrafa atəş açmağa başlayıblar. Onların üzərində digər partladıcı maddələr də müəyyən edilib.

Hadisə ilə bağlı təhqiqat aparılır.
Bu xəbər oxucular tərəfindən 254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed