Şrift:
Həmədanda yol və iş qəzaları nəticəsində ölənlərin sayı açıqlanıb
30.06.2020 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Artin Kamalinin verdiyi məlumata görə, cari ilin ilk iki ayında (mart 21-may 21) baş verən yol qəzaları nəticəsində 36 nəfər dünyasını dəyişib.





Kamali bildirib ki, bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 54 nəfərdən ibarət idi- 33 faiz azalma göstərir. Onun sözlərinə görə, yol qəzalarında ölənlərin 28-i kişi, 8-i isə qadın olub.

Onun verdiyi məlumata görə, ötən il əyalətdə baş verən yol qəzalarında 433 nəfər həyatını itirib, 7 min 389 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.





Kamali həmçinin bildirib ki, Həmədan əyalətində keçən il baş vermiş iş qəzaları nəticəsində 36 işçi canını itirib. Onun sözlərinə görə, əyalətdə iş qəzalarında ölənlərin sayı öncəki ilə müqayisədə 5 faiz azalıb.

Kamali bu müddətdə iş qəzalarında xəsarət alan 500 nəfər tibbi ekspertiza mərkəzlərinə müraciət etdiyini qeyd edib.





Rəsminin açıqlamasına əsasən, cari ilin ilk iki ayında Həmədan əyalətində baş vermiş iş qəzaları nəticəsində 1 işçi canını itirib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz azalıb.

Kamali həmçinin bu müddətdə iş qəzalarında xəsarət alan 62 nəfərin tibbi ekspertiza mərkəzlərinə müraciət etdiyini qeyd edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisə edildikdə 14 faiz azalma göstərir.





Keçən ilin statistikasına əsasən, İranda düzgün iş qanunlarının olmaması və müvəqqəti müqavilələr üzündən 3 milyon 500 min işçi ən aşağı maaşlarla sığortasız işləyir.
Bu xəbər oxucular tərəfindən 138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed