Şrift:
Güney Azərbaycanda toy və yas mərasimlərinə qatılan 220 nəfər koronavirusa yoluxub
30.06.2020 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan əyalətində pandemiyanın geniş yayıldığı dövrdə müxtəlif mərasimlərin keçirilməsi nəticəsində bu günə kimi 174 nəfər koronavirusa yoluxub.

Bu barədə, Həmədan Tibb Universitetinin rektoru Rəşid Heydəri Müqəddəm məlumat verib.

Onun sözlərinə görə, ən son Həmədanda keçirilən bir qonaqlıqda koronavirus daşıyıcısı olan şəxs 48 nəfəri infeksiyaya yoluxdurub.





Zəncan əyalətində də toy mərasiminə qatılan 35 nəfər koronavirusa yoluxub. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata görə, xəstəliyə yoluxanlardan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Qızılbaş əlavə edib ki, Zəncan restoranlarının birində keçirilən digər bir mərasimə qatılan şəxslərin yarısının koronavirus testi pozitiv çıxıb.

“Mərasimdə iştirak edən 25 nəfərdən 13 nəfər COVID-19 virusuna yoluxub,” deyə o bildirib.





İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed