Şrift:
"Ceyşul-ədl" qruplaşması "Sepah"a qarşı bombalı hücum həyata keçirib
30.06.2020 [14:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumatlara görə, "Sepah" üzvlərini daşıyan maşın keçən zaman yol kənarında quraşdırılmış bombalar işə salınıb. Nəticədə, "Sepah"ın bölgə komandanı və sürücüsü həlak olub, bir neçə üzvü isə yaralanıb və girov götürülüb.


Lakin Sistan və Bəlucistan əyalətinin valisi Əliəhməd Mouhebəti hücumu təsdiq etsə də, komandanın ölməsini təkzib edib.


Zahidanın millət vəkili Fədahüseyn Maliki məsələyə bildirdiyi münasibətdə hücumun "Sepah"ın yoldan keçən 2 maşınına qarşı baş tutduğunu, hadisə nəticəsində ölənlərin olmadığını deyib. O, eyni zamanda "Sepah"ın bölgə komandanının partlayış nəticəsində yaralandığını qeyd edib.


Fədahüseyn Maliki sonda bir neçə "Sepah" üzvünün girov götürülməsi ilə bağlı yayılmış təsdiqlənməmiş xəbərləri də təkzib edib.


İran Dövlət Teleradio Şirkəti isə yaydığı xəbərdə hücumun "Sepah"ın 3 hərbi maşınına qarşı baş tutduğunu bildirib.


Qeyd etmək lazımdır ki, son illər Sistan və Bəlucistan əyalətində "Ceyşul-ədl" qruplaşması ilə İran sərhədçiləri, polisi və "Sepah" arasında dəfələrlə toqquşmalar baş verib.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed