Şrift:
Rusiyada ötən gün koronavirus infeksiyasından 154 nəfər vəfat edib
30.06.2020 [14:20] - Xəbərlər, Sosial
Ötən gün Rusiyada 6693 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Gün ərzində 154 xəstə vəfat edib, 9220 nəfər sağalaraq evə buraxılıb. Moskvada gün ərzində 745 koronavirus xəstəsi aşkar olunub, 35 nəfər dünyasını dəyişib.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 647 min 849 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 412 min 650 nəfər sağalıb, 9320 pasiyent vəfat edib.

Hazırda Rusiya xəstəxanalarında 225 min 879 nəfər koronovirus infeksiyasından müalicə olunur.

Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yeri tutur.
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed