Şrift:
Estoniya 6 Avropa ölkəsindən gələn sərnişinlər üçün özünütəcrid tələbləri tətbiq edəcək
30.06.2020 [14:24] - Gündəm, Sosial
Koronavirus infeksiyasının yayılma səviyyəsi nəzərə alınaraq İsveç, Portuqaliya, Böyük Britaniya, Rumıniya, Bolqarıstan və Lüksemburqdan Estoniyaya gələn sərnişinlərə ikihəftəlik özünütəcrid tələbi tətbiq olunacaq.

Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin məlumat yayıb. Bildirilib ki, bu həftədən etibarən Avstriya, Belçika, İspaniya, Niderland, Xorvatiya, İrlandiya, İslandiya, İtaliya, Yunanıstan, Kipr, Litva, Lixtenşteyn, Latviya, Norveç, Polşa, Fransa, Malta, Almaniya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, Danimarka, Çexiya və Macarıstandan gələn sərnişinlərdən özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq. Lakin bu sərnişinlərin Estoniyaya səfər etməzdən əvvəl yuxarıda adları qeyd olunan ölkələrdə ən azı 14 gün keçirmələri şərtdir.

Dünyanın qalan ölkələrindən Estoniyaya gələnlər üçün özünütəcrid tələbi əvvəlkitək qüvvədə qalıb.
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed