Şrift:
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
01.07.2020 [09:45] - Gündəm, Hüquq
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 3 fakt üzrə 5000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “MAN”, “Mercedes Benz Actors” və Türkiyə vətəndaşının “DAF” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən ümumilikdə 5000 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed