Şrift:
İranda bəzi deputatlar "sarımsaq və mərci fraksiyası" yaratmaq istəyirlər
01.07.2020 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə parlamentin idarə heyətinin üzvü Əlirza Səlimi məlumat yayıb. O, indiyədək yeni fraksiyalar yaratmaq üçün deputatlardan 100-dən çox müraciət qəbul etdiklərini deyib.


Millət vəkilinin sözlərinə görə, bəzi nazirliklər yeni fransiyalar yaranmasında maraqlıdırlar. Onlar bu üsulla deputatları istiqamətləndirib, parlamentdə təsir göstərməyə çalışırlar. Buna görə də, yeni fraksiyaların yaradılması prosesi dayandırılıb.


Qeyd etmək lazımdır ki, İran qanunlarına əsasən, 8 deputat birlikdə yeni fraksiya yarada bilər. İranın öncəki, yəni 10-cu çağırış Milli Məclisində 60-dan çox fraksiya fəaliyyət göstərirdi.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed