Şrift:
Yaponiya hökuməti koronavirusa yoluxanların sayı artacağı təqdirdə ölkədə yenidən fövqəladə vəziyyət elan edə bilər
01.07.2020 [11:15] - Gündəm, Sosial
Yaponiya hökuməti koronavirusa yoluxanların sayı kəskin şəkildə artacağı təqdirdə ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edə bilər.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa iyulun 1-də keçirilən ənənəvi mətbuat konfransında bildirib.

“Tərəfimizdən atılan addımlara baxmayaraq, virusa yeni yoluxanların sayı kəskin şəkildə artacağı təqdirdə fövqəladə vəziyyət rejiminin təkrar elan edilməsi mümkündür”, - deyə baş katib qeyd edib. Bununla yanaşı, Y.Suqa bildirib ki, hazırkı şəraitdə buna ehtiyac yoxdur.

Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 19 min 481 nəfərə çatıb. İyunun 30-da bütün ölkə üzrə 138 nəfər virusa yeni yoluxan aşkar edilib ki, bu da mayın 4-dən sonra ən yüksək gündəlik göstəricidir. Virusa yoluxanlardan 17 min 200-nün sağaldığı, 985 nəfərin isə həyatını itirdiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed