Şrift:
Türkiyə Prezidenti və Almaniya Kansleri regional məsələləri müzakirə ediblər
02.07.2020 [09:51] - Xəbərlər, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilir ki, tərəflər yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində əməkdaşlıq məsələləri və ikitərəfli münasibətləri müzakirə ediblər. Bundan başqa, Liviya və Suriya böhranı başda olmaqla regional proseslər dəyərləndirilib.
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed