Şrift:
Rusiyada səsvermə hüququ olan vətəndaşların 77,93 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyib
02.07.2020 [11:10] - Xəbərlər, Siyasət
Rusiyada səsvermə hüququ olan vətəndaşların 77,93 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyib.

Səsvermə iyunun 25-dən iyulun 1-dək davam edib. İyulun 1-də Moskva vaxtı ilə saat 21:00-da Kalininqradda sonuncu seçki məntəqəsi bağlanıb. Hazırda protokolların 99,9 faizi hesablanıb və səsvermə hüququ olan vətəndaşların 77,93 faizinin Konstitusiyaya düzəlişləri dəstəklədiyi məlum olub. Rusiya Mərkəzi Seçki Komissiyası səsvermə dövründə komissiya tərəfindən baxılmağına gərək olan heç bir qanun pozuntusu qeydə almayıb.

Xatırladaq ki, Rusiya Konstitusiyasına düzəlişlərdə hazırkı və keçmiş prezidentlərin öz namizədliklərini daha iki müddətə irəli sürmək hüququ, Baş Nazir və parlamentin yuxarı və aşağı palatalarının səlahiyyətlərinin dəyişdirilməsi, hökumətin təyin olunmasının yeni qaydalarını, sabiq prezidentlərin toxunulmazlığı, bir sıra sosial məsələlər, o cümlədən nikahın yalnız kişi və qadın arasında bağlana biləcəyi və digər məsələlər əksini tapıb. Səsvermədə iştirak edənlər dəyişikliklər paketinə bütövlükdə “hə” və ya “yox” deyə bilərdilər.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed