Şrift:
Qusar və Şabrandan olan 2023 məzun buraxılış (qəbul) imtahanlarında biliklərini sınayıb
02.07.2020 [14:36] - Xəbərlər, Sosial, Gənclik
İyulun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda Qusar və Şabran rayonlarından, ümumilikdə, 2023 nəfər iştirak edib.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb.

IX sinif üzrə buraxılış və ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.

DİM-in Xaçmaz regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 9 mərkəzdə keçirilən imtahanlara 215 nəzarətçi müəllim, o cümlədən 13 imtahan rəhbəri cəlb olunub. İmtahanların keçirilməsi üçün Qusarda 6, Şabranda isə 3 mərkəz ayrılıb.

İştirakçılar bütün imtahan boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Bu xəbər oxucular tərəfindən 1759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed