Şrift:
Ankarada bütün toplantıların keçirilməsi qadağan olunub
02.07.2020 [14:49] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin bəzi bölgələrində son günlər COVID-19-a yoluxanların sayının artması səbəbindən paytaxt Ankarada bütün toplantıların keçirilməsi qadağan olunub.

Bu barədə Ankara Valiliyindən bildirilib. Məlumatda qeyd edilib ki, bu tədbirlər ilkin mərhələdə 15 gün davam edəcək. Qeyd edək ki, Türkiyənin bir çox bölgəsində, o cümlədən Ankara, İstanbul və İzmirdə qoruyucu maskalardan istifadə məcburidir.
Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed