Şrift:
Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxub, 364 nəfər sağalıb
02.07.2020 [19:02] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 572 yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib. Aktiv xəstə sayı 8031 nəfərdir.

Ötən müddət ərzində 495 min 828 test aparılıb. Bugünkü test sayı isə 6976-dır.
Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed