Şrift:
Ermənistan bioloji silahlar hazırlayır- erməni vəkildən xəbərdarlıq
03.07.2020 [10:10] - Gündəm, Sağlıq
Erməni vəkil Aleksandr Kaçobayev bu istiqamətdə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreşə göndərdiyi məktubda ölkəsində kütləvi qırğın silahları istehsal edən laboratoriyaların olduğu barədə xəbərdarlıq edib.


O, BMT-nin nizamnaməsinin müddəaları, eləcə də insan haqları və bioloji silahlarla bağlı beynəlxalq konsensusu xatırladaraq, baş katibdən Ermənistanın bioloji laboratoriyalarında yoxlamalar keçirmələrini istəyib.


Vəkil məktubda sözügedən laboratoriyaların 12 ildən artıq bir müddətdə fəaliyyət göstərdiyini qeyd edərək, BMT baş katibini onların fəaliyyətinin dayandırılması üçün Təhlükəsizlik Şurasının səlahiyyətləri daxilində addım atmağa çağırıb. O, koronavirusun bu cür laboratoriyalarda yaradılma ehtimalının olduğunu və Ermənistanın bioloji laboratoriyalarının da bu cür fəaliyyətlərlə məşğul olmadığına dair qarantiyanın mövcud olmadığını bildirib.


"Reallıq budur ki, xaricdə yaşayan alim həmvətənlərimizdən 16-sı məndən bu istiqamətdə addım atmağımı istədilər. Mən də öz növbəmdə Ermənistanda fəaliyyət göstərən təxminən 10 bioloji laboratoriyanın bağlanması üçün lazım ola bütün mümkün tədbirlərin görülməsi ilə bağlı işləri öz üzərimə götürdüm. Bizim fikrimizə görə, hazırda Ermənistanın milli təhlükəsizliyi təhlükə altındadır. Buna görə də, onların fəaliyyət lisenziyalarının ləğv edilməsi üçün əlimdən gələni etməyə qərarlıyam. Bu laboratoriyalar təkcə İrəvanda deyil, ölkənin digər bölgələrində də yerləşir. Onlar üzdə genetika araşdırmaları adı ilə maskalanıb, əslində isə müxtəlif infeksion patogenlərin istehsalı üzərində fokuslanıblar", -deyə Aleksandr Kaçobayev "Ermənistanın səsi" radiosu ilə müsahibəsində məktubunu şərh edərkən deyib.



Vəkil sonda qeyd edib ki, həmin laboratoriyaların fəaliyyətinin dayandırılması üçün uzun müddət əvvəl Ermənistanın Baş prokuroru və İnzibati Məhkəməsinə müraciət etsə də, hələ də onlardan cavab ala bilməyib.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed