Şrift:
Masallıda sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan kafe və çayxana aşkarlanıb
03.07.2020 [10:46] - Gündəm, Sosial
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizin bir sıra rayon və şəhərlərində, o cümlədən Masallı rayonunda tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər nəticəsində Masallı şəhəri ərazisində yerləşən kafe və çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektlərə baxış zamanı kafenin sahibi Ramiz Abıyev və 3 nəfər müştərinin, çayxananın sahibi olan Səfər Əlizadə və 8 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Sərtləşdirilmiş karantin rejiminin tələblərini pozanlar cərimə olunublar.
Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed