Şrift:
Yevlaxda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlərə başlanılıb
03.07.2020 [10:48] - Gündəm, Sosial
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Yevlaxda təxirəsalınmaz tədbirlər görülür.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının rəhbərliyi ilə rayon prokuroru, polis idarəsinin rəisi, aidiyyəti qurumların məsul nümayəndələri, bələdiyyə əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət yaradılan mobil qruplar tərəfindən reydlərə başlanılıb. Fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirmə işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilir. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilir.

Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilir.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed